KepezTV Player
Ayın 15-də respublikanın rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. ƏƏSMN-dən verilən məlumata görə,evdən çıxmaq üçün müvafiq icazə əsasında pensiyaçıların yaxınları, ailə üzvləri, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq.
- Baxış: 181