• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 09.04.2020 12:31

Növbəti yardım aksiyası

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənya yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Yardım aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edib. İcra başçısı şəhər sakini Təranə Əhmədovanın ailəsinə baş çəkib. Ailə gəlirləri aşağı olan və 2 övladı ilə tək yaşayan qadına ərzaq yardımı edilib. Həmçinin profilaktik söhbət aparılaraq, ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi xatırladılıb. 75 yaşlı şəhər sakini Gülnaz İbrahimovaya da ərzaq yardımı edilib, ehtiyac yaranarsa Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusla Mübarizə Mərkəzinin Qaynar xətti ilə əlaqə saxlamağın mümkünlüyü bildirilib. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ümumilikdə 150-yə yaxın aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı təhna ahıl vətəndaşa ərzaq yardımı edilib.