Bu gün “Kəpəz”in çalışdırıcısı, əməkdar məşqçi Yaşar Vahabzadənin 60 yaşı tamam olur. Əvvəllər oyunçu kimi Azərbaycan futboluna xidmət edən yubilyar hazırda məşqçi kimi futbolumuzun inkişafına çalışır.
“Neftçi”dəki oyunları ilə tanınan Yaşar Vahabzadə 1960-cı müdafəçi ildə Bakıda dünyaya gəlib. Keçmiş müdafiəçi Bakı klubunun heyətində 288 oyun keçirib, 24 qol vurub. Vahabzadə ölkə çempionatının və kubokunun qalibi olub. Azərbaycan yığma komandasının şərəfini qoruyub.
Yaşar müəllim 40 yaşına kimi peşəkar səviyyədə futbol oynayıb və yalnız 2000-ci ildə karyerasını başa vurub. Bu müddətdə unudulmaz oyunlar keçirib.
Karyerasını bitirdikdən sonra da sevimli idman növündən ayrılmayan Yaşar Vahabzadə məşqçiliyə başlayıb. 2017-ci il onun rəhbərlik etdiyi gənclərdən ibarət millimiz Bakı İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.
Koronavius pandemiyası həyatın bütün sahələrinə təsir etdiyi kimi Yaşar Vahabzadənin 60 illik yubileyi ilə bağlı arzularından yan ötməyib.
Çempionatın dayandırılması bütün komandaları məşqsiz qoyub. Futbolçular, məşqçilər ümumiyyətlə bu sahədə çalışanlar evə qalmağa məcbur olub.
Yaşar Vahabzadə ötən ilin yayından “Kəpəz”in baş məşqçisidir. O, bundan əvvəl komanda Premyer Liqada çıxış etdiyi dövrdə də məşqçilər korpusunda yer alıb.
- Baxış: 1593