• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 829
— 07.04.2020 21:02

Ramil Qasımovun yarışı gələn ilə qaldı

KepezTV Player

Yaponiya paytaxtının ev sahibliyi edəcəyi oyunların koronavirus pandemiyasına görə gələn ilə təyin olunması təqvimdə ciddi dəyişikliklərə səbəb olub. Bütün yarışlar təxirə salınaraq başqa tarixə keçirilib. Bu turnirlər arasında Bakı 2020 Qran Prisi də var. Beynəlxalq Gözdən Əlillər İdmanı Federasiyası ilə danışıqlardan sonra  öncədən bu il mayın 11-12-si tarixlərində keçirilməsi planlaşdırılan turnirin 2021-ci ildə reallaşması ilə bağlı razılıq əldə edilib. Buna əsasən, 2021-ci ildə Bakıda baş tutacaq Qran Pri adı dəyişdirilməyən Tokio-2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.

Həmçinin, beynəlxalq qurum 2020-ci ilin noyabrında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplantısının keçirilməsi ilə bağlı Azərbaycan Milli Paralimpiya Komitəsinə müraciət edib.

Qeyd edək ki, Tokio Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq Bakı yarışında Gəncə cüdo məktəbinin yetirməsi Ramil Qasımov da qüvvəsini sınamaladı. Rio paralimpiadasının qalibi hələ ki, Yaponiya yarışına vəsiqə əldə etməyib.