"Sumqayıtda ötən gün fəaliyyətə başlamış maska istehsalı müəssisəsinin hesabına Azərbaycanın idxaldan asılılığına son qoyulacaq və ölkəmiz özünü maska ilə tam təmin edəcək".Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Məlumata görə, tibbi maskalar gələn həftə satışa çıxarılacaq. Hələ ki, onların qiyməti müəyyən edilməyib, yaxın 2 gün ərzində satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində ölkənin gündəlik maska tələbatının 30-40%-i qədər istehsal nəzərdə tutulur.Maskalar xüsusi avadanlıqla əlavə sterilizasiya olunacaq.Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələ çərçivəsində istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaqdır. Məhsullar ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.
- Baxış: 187