Gəncədə davam edən reydlər xüsusi karantin rejimi heç də hamı tərəfindən əməl edilmədiyini üzə çixarır. Xüsusən də ictimai iaişə obyektləri tərəfindən Şəhərin Kəpəz rayonu ərazisində fəaliyyətini davam etdirən kafenin aşkarlanması belə deməyə əsas verir. Hansının sahibi müştərilərlə birgə yaxalanmasına rəğmən bunu inkar etməyə cəhd edib.
Füzuli Məhərrəmov kafe sahibi: Xanımlar qapını döydü gəldilər. Biznən oturudlar çörək yedilər. Qonşularımızdı dəvət etmişdik otursunlar çörək yesinlər.
Sahibi qonşumuzdu deyir, müştəriləri isə ürəklərindən keçdiyi üçün kefeyə gəldiklərini iddia edirlər. Söhbət xüsusi karantin rejimini pozanlardan gedir. Polisin reydi qadağaya rəğmən fəaliyyətdə olan növbəti ictimai iaişə obyektinin ifşasi ilə nəticələnib. Daxil olan məlumat əsasında Kəpəz rayonunda İsax Cəfərov küçəsində yerləşən məkana gələn hüquq-mühafizə orqanının əməkdaşları faktın həqiqiliyinin şahidi olublar.
Füzuli Şıxıyev Kəpəz RPİ-nin Təhqiqat bölməsinin rəisi: Əməkdaşlar tərəfindən həmin şəxslər Kəpəz rayon Polis İdarəsinə gətirilib. Onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq protokol tərtib edilib. Toplanmış materiallar baxılması üçün Kəpəz rayon Məhkəməsinə göndərilib.Əməkdaşlar tərəfindən həmin şəxslər Kəpəz rayon Polis İdarəsinə gətirilib. Onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq protokol tərtib edilib. Toplanmış materiallar baxılması üçün Kəpəz rayon Məhkəməsinə göndərilib.
Obyektin sahibi Füzuli Məhərrəmovla yanaşı müştəriləri Firdus Məmmədov, İsa Nəbiyev, Kəmalə Bayramova, Elmira Cəfərova, Türkan Abdullayeva və Fəxriyyə Məmmədova da polis tərəfindən saxlanılaraq idarəyə gətirilib. Müştərilər də kafenin fəaliyyətdə olduğunu təsdiqləyiblər. Bununla belə peşman olduqlarını da gizlətməyiblər – xüsusi karantin rejiminin tələblərini pozduqları üçün.
Elmira Cəfərova kafenin müştərisi: Şəhərdə rəfiqəm gildə qalırdım. İşığı yanılı gördük qapını döydük. Qapını açdılar dedik işləyirsiz dedi işləyirik. Dedik bizə stol 15-20 dəqiqə deyil oturmuşduq heçnə çıxdqı gəldik bura.
Fəxriyyə Məmmədova kafenin müştərisi: Evdən çıxmışdım. Sadəcə birdən ağılımıza gəldi gördük açıqdır. Dedik qızlarla gedək oturaq.
Türkan Abdullayeva kafenin müştərisi: Obyekt açıq idi. Ora yemək yeməyə gəlmişdik. Heçnə girməmiş ora camaat töküldü. Qayda qanunu pozmuşduq. Bizi apardılar.
Kəmalə Bayramova kafenin müştərisi: Məkanın yanında dördüncü mərtəbədə qalıram. Zəng etdi Gəray dedi gəl oturaq bir tikə çörək yeyək. Məndə getdim oturdum. Elə bir yarım saat otumruşduq. Gəldilər bildik ki səhv etmişik.
Kəpəz rayon Polis İdarəsi tərəfindən bu istiqamətdə yoxlamalar davam etdirilir. Vətəndaşlara tətbiq edilən qadağalara əməl etmək və evdə qalmaq tövsiyyə olunur.
Natiq Hüseyn
- Baxış: 3262