Məlumdur ki, xüsusi karantin rejiminə uyğun olaraq, yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası var. Elə bu minvalla, Gəncə Şəhər İcra Hakimiyyəti məsələni diqqətdə saxlayır, aztəminatlı ailələrə və tənha ahıl şəxslərə ərzaq yardımını həyata keçirir.
Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları tənha yaşayan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkiblər. Onlar Böyük Vətən Müharibəsi iştirakçısı 98 yaşlı Tofiq Hüseynovun mənzilində olublar. Qonaq olduqları evdə maarifləndirici söhbətlər aparıb, tək yaşayan veteranın gündəlik qayğıları ilə maraqlanıblar. Tofiq Hüseynov isə öz növbəsində, insanları evdə qalmağa səsləyib.
İcra nümayəndələrinin sovqat apardığı növbəti mənzil 96 yaşlı müharibə iştirakçısına məxsus olub. I qrup əlil Bəylər Verdiyevə xüsusi karantin rejimi qaydaları bir daha xatırladılıb, ona əməl olunmasının vacibliyi diqqətə çatdırılıb. Ehtiyac yarandığı halda, Gəncə Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Koronavirusa Qarşı Mübarizə Qərargahının qaynar xətti ilə əlaqə saxlamaq tövsiyə olunub.
Bu günədək, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ümumilikdə, 110-na yaxın aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı olan təhna ahıl vətəndaşa ərzaq yardımı edilib.
- Baxış: 557