• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1806
— 07.04.2020 11:59

Ata mülk üstündə oğlu və ailəsini yandırdı

KepezTV Player

Şəmkir rayonunda qaynatanın evi və ailə üzvlərini yandırmasının təfərrüatı məlum olub.Aşağı Seyfəli kənd sakini, 59 yaşlı Vəli Yaqubov 32 yaşlı oğlu Əkbər Vəliyevi və onun ailəsini evdən çıxarmaq istəyib. Məlumata görə, uzun müddətdir mülk üstündə tərəflər arasında münaqişə olub. Əkbər Vəliyev işləmək üçün əvvəllər Rusiyaya gedib. Ancaq deportasiya olunduğundan yenidən federasiya ərazisinə qayıtmaq üçün həyat yoldaşının soyadını götürüb. Yaqubov əvvəllər də onları çıxıb getməsələr, evi yandıracağı ilə hədələyibmiş. Hadisə günü də tərəflər arasında yenidən mübahisə düşüb, lakin ailə üzvləri onun hədələrinə əhəmiyyət verməyib. Bu zaman V.Yaqubov 5 otağı və 1 aynabəndi olan birmərtəbəli evə od vurub. Yanğın zamanı onun həyat yoldaşı, 54 yaşlı Nüşabə Yaqubova, 34 yaşlı oğlu Əkbər Vəliyev, 32 yaşlı gəlini Nərgiz Vəliyeva və nəvələri - 4 yaşlı Banu və 3 yaşlı Ömər evdə olub. Hadisə yerinə gələn xilasedicilər onlardan yalnız Öməri xəsarət almadan evdən çıxara biliblər. Digərləri yanıq xəsarətləri alıblar. V.Yaqubov evə od vurduqdan sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs sonradan saxlanılıb və istintaqa cəlb olunub. Əkbər Vəliyev, həyat yoldaşı və övladının yanıq xəsarətləri ciddi olduğundan Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıblar. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.