• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1528
— 06.04.2020 15:23

Hər qızdırma korona simptomu demək deyil

KepezTV Player

Apteklərdə həkim resepti olmadan satılan dərmanlar. Xüsusilə də indiki həssas bir dönəmdə. Əsasən antioksidant tərkibli vitaminlər olan belə preparatların xərçəng riskini artırmasını yəqin ki, onun mütəmadi istifadəçiləri bilmirlər. Hər-halda heç kəs həyatını bilə-bilə təhlükəyə atmaq istəməz. Xüsusilə Covid-19-un dünyanı cənginə aldığı bir zamanda son dərəcə diqqətli olmalıyıq. Pandemiyanın sürətli şəkildə yayıldığı vaxtda həkim qəbulu olmadan dərman qəbul edilməsindən indi Fidan Muradlı xəbər verəcək.

Əksər insanlar bir az ağrı hiss edən kimi dərhal aptekə gedir, yaxud evdə olan ağrıkəsicilərlə özlərini kortəbii müalicə edirlər. Mövcud vəziyyətdə həkim məsləhəti olmadan qəbul olunan bəzi preparatlar orqanizmdə fəsadlara yol aça bilər. Pasiyentlər arasında resepsiz dərmanlara təlabat indi daha çoxdur.

1 milyon insanı təsiri altına alan Covid-19, artıq hər kəsin baş bəlasına çevrilib. İnsanlar sözün əsl mənasında görünməyən bəla ilə mübarizə aparır. Tibb işçiləri deyir ki, sadəcə karantin qaydalarını pozmaq, istədiyimiz kimi ətrafda gəzib də virusu yoluxdurmaq deyil, öz başına olunan müalicələr də bəzən həqiqətən də bu karantin üçün ciddi zərər verə bilər.

Ağrı hansısa bir xəstəliyin ilkin xəbərçisidir. Orqanizmin siqnallarına biganə yanaşaraq, ağrıkəsici vasitəsilə poblemin müvəqqəti həll yolunu seçməkdənsə, həkimə müraciət edərək müayinə olunmaq daha məsləhətlidir. Bu zaman problemi müvəqqəti yox, kökündən həll etmiş olarıq.