Azərbaycanda xüsusi karantin dövrü ilə əlaqədar vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti müəyyən edilib. Fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların və 2020-ci ilin fevral ayı üçün aylıq hesabatların verilməsi və vergilərin ödənilməsi müddəti 6 apreldir. Fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti isə 21 aprel müəyyən edilib. Müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısı: https://www.taxes.gov.az saytında yerləşdirilib.
- Baxış: 307