Gəncə Dövlət Dram Teatrı martın 20-dən başlayaraq Facebook sosial şəbəkəsi vasitəsilə tamaşaların yayımına başlayıb. Səhnə əsərləri həftədə beş dəfə - çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar günləri saat 19:00-da izləyicilərin ixtiyarına verilir. Bu tamaşalar birbaşa teatrın səs yazma studiyasından yayımlanılır. Böyük marağa səbəb olan təşəbbüsdən irəli gələrək yaxın günlərdə yeni bir layihənin də icrasına başlanılacaq.
Əli Qasımov Gəncə Dövlət Dram Teatrının direktoru:Bunun ardınca biz fikirləşmişik ki, onlayn radio saatları da təşkil edək. Dinləyicilərə yaxın günlərdə tamaşalarımızı səsləndiləcək. Yeni bir proyektdə işləmək istəyirik. Xarici ölkə tetarları ilə bizim əlaqələrimiz var. Onlarla da canlı ünsiyyət yaradıb, hər hansı bir əsəri ümumi 4-5 xarici ölkə teatrları ilə məşqləri də onlayn edib, ərsəyə gətirdikdən sonra həmin tamaşanı da onlayn yayımlayaq.
Teatrın yaradıcı kollektivi iclas və yığıncaqlarını, eləcə də yarımçıq qalan tamaşaların məşqlərini onlayn qaydada təşkil edir.
Əli Qasımov Gəncə Dövlət Dram Teatrının direktoru:Gəncə Dövlət Dram Teatrı canlı efirdı özümüzün qrupumuzuda yaratmışıq ki, kollektivlə görüşürük öz toplantılarımızı keçiririk. Tapşırıq və tövsiyyələrimizi veririk. Artıq bir iki dəfə belə toplantılarımız olub. Həmçinin məşqlərimizin də onlayn təşkilinə başlamışıq. Məşqlərimiz davam edəcəkdi.
Virtual efiri teatrın aktyoru Yusif Cəfərov idarə edir. Böyük tamaşaçı kütləsi yığan bu aksiyada teatrın 30-a yaxın tamaşasının nümayişi nəzərdə tutulur.
Yusif Cəfərov aktyor: Gəncə Dövlət Dram Teatrı canlı facebook üzərindən özünün Gəncə Teatrı video tamaşalar və afişalar səhifəsindən canlı yayımına başladı. Azərbaycanda bunu ilk dəfə biz etdik. Marq da çoxdu. Mən hər iki tamaşadan bir yazıram ki, nə qədər tamaşaçı izlədi. İki tamaşaya 2 mindən artıq izləyən olur. Məqsədimiz odur ki, teatrsevərlər teatrdan uzq durmasınlar. Baxmayaraq ki, karantin dövrüdür canlı tamaşalar oynaya bilmirik. Tamaşaçılar teatrı yaddan çıxarmasın.
Gəncə Dövlət Dram Teatrının başladığı bu təşəbbüsə artıq respublikanın bir çox teatrları da qoşulub.
- Baxış: 336