Gəncədə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun aqrar inkişaf könüllüləri karantin rejimi ilə əlaqədar evdən çıxmaq imkanı olmayan yaşı 65-i keçmiş sakinlərə - tənha və ahıl vətəndaşlara yardım paylayıblar. Həmçinin bu şəxslərə sosial xidmətlər göstərilib. Məqsəd risk qrupuna daxil olan vətəndaşların ərzaqla təminatını həyata keçirmək, onlara bəzi xidmətlər baxımından yardım etmək olub. Könüllülər tərəfindən çatdırılan yardımalara qida məhsulları və tibbi ləvazimatlar daxil edilib.
Təhminə Qasımzadə könüllü:Biz Aqrar İnkişaf Könüllüləri olaraq yaşlıları unutmadıq, onlara yardım məqsədilə azuqələr gətirdik.Məqsəd odur ki, onlar evdən çıxmasınlar.Koronavirus pandemiyasının yayıldığı dövrdə öz sağlamlıqlarını təhlükəyə atmasınlar.
- Baxış: 371