• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 05.04.2020 20:33

Şəhər sakinləri xüsusi karantin rejiminə əməl edirlər

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminin tələbləri ilə bağlı vətəndaşların evdən çıxmasına tətbiq olunan məhdudiyyətlərə Gəncə sakinləri yüksək səviyyədə əməl edirlər.Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbçiləri də şəhərdə vəziyyətə ciddi nəzarət edirlər. Gəncənin bütün ərazilərində vətəndaşların və sürücülərin hərəkətinə icazə sənədləri yoxlanıldıqdan və hərəkətlərinə məhdudiyyət olmadığı təsdiqləndikdən sonra yol verilir.

Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı:Bildiyiniz kim aprel ayının 5-dən ölkə ərazisində xüsusi karantin rejimi ilə bağlı avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bununla bağlı Gəncə Şəhər baş Polis İdarəsinin əməkdaşları da gücləndirilmiş iş rejimində xidmət aparır. Şəhər ərazisində yalnız xüsusi icazəsi olan avtomobillərin hərəkətinə icazə verilir. Əhalidən xahiş edirik ki, mümkün qədər evdə qalıb, xüsusi karantin rejiminin qaydalarına əməl etsinlər.