• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1969
— 04.04.2020 19:29

194 mindən çox işçiyə evdən çıxmağa icazə verildi

KepezTV Player

Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün icaze.e-gov.az portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının aprelin 4-ü saat 9-a olan sayı açıqlanıb. Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemində 13 min 734 qurumun 194 min 796 əməkdaşının icazəsi təsdiqlənib. Ümumulikdə qurum tərəfindən daxil edilən icazə sayı 199 min 843 təşkil edib. Təsdiqlənmiş maşın sayı isə 73 min 623 olub. Xüsusi icazə sistemi “ASAN xidmət” tərəfindən icra olunacaq. Bu xidmətə qəbul olunan SMS-lərin cavablandırılması bilavasitə Elektron Hökumət Portalı vasitəsi ilə həyata keçiriləcək. İcazə ilə bağlı SMS Daxili İşlər Nazirliyinin sisteminə də daxil ediləcək.