• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2030
— 04.04.2020 16:17

Samuxda sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır

KepezTV Player

Samux rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün sakinlər arasında davamlı maarifləndirmə işləri aparılır. Rayonda dezinfeksiya işləri də ardıcıl şəkildə davam etdirilir.

Samuxda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb. Bu qruplar mütəmadi olaraq rayonun hər yerində maarifləndirmə işləri aparırlar.

Rayonda genişmiqyaslı dezinfeksiya işləri davam edir. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Həyətlərdə, qeyri-yaşayış obyektlərində, parklarda və istirahət məkanlarında dezinfeksiya işləri hər gün həyata keçirilir.

Rövşən Qurbanov Samux rayon İcra Hakimiyyətinin şöbə müdiri: Bizim 35 yaşayış məntəqəsinin hər birində dezinfeksiya işləri aparılıb. Bütün sosial obyektlərdə ictimai yerlərdə biz artıq təkrar olaraq bu işləri aparırıq. Təbliğat xarakterli işlər də davam etdirilir.

Sakinlərə özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməməkk tövsiyə edilib.

Natiq Hüseyn