Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsindən Rus Borisi kəndinə gedən yolda yerləşən körpünün altında silah-sursat olması barədə məlumat daxil olub. Dərhal rayon polis şöbəsinin əməkdaşları deyilən ünvana baxış keçiriblər. Bu zaman məlumatın doğru olduğu üzə çıxıb. Polis əməkdaşları həmin ərazidən xeyli sayda döyüş üçün yaralı silah və sursat aşkarlayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.
Əbülfəz Dünyamalıyev təhqiqatçı Araşdırmalar zamanı oradan 2 ədəd 16 kalibirli ov tüfəngi, 4 ədəd avtomat sandığı, 1 ədəd alışdırıcısı üzərində olmayan “F-1” əl qumbarası, 1 ədəd pulemyot qatarı və 402 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.
Natiq Hüseyn
- Baxış: 1010