“Koronavirusa yoluxanların sayı 1 milyonu keçib. Virusa yoluxanların sayının getdikcə daha da artması gözlənilən idi, çünki yoluxma sürətlə artır. Virusun bəlkə də əvvəldən təxmin etdiyimizdən də çox yoluxuculuğu ola bilər deyə düşünürəm”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə,xəstəlik ilk başladığı dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatı diaqnostik testlərlə bağlı Azərbaycan hökumətinə dəstək göstərib. “Onda test əldə etmək daha çətin idi, indi bir az daha asandır. Artıq hökumətlər özləri testləri ala bilir. Bizim Azərbaycan hökumətinə diaqnostik testlərlə bağlı göstərdiyimiz dəstək çox da böyük deyil. Hökumət özü daha çox test alır”, - deyə o vurğulayıb. Həmçinin bildirib ki, hamının koronavirusun yoxlanması üçün testdən keçməsinə ehtiyac yoxdur. Belə olduğu halda test çatmaz. Ancaq lazım olduqda insanlar test olur. Bunlar koronavirus simptomları daha çox olan, koronavirusa yoluxan insanlarla işləyən həkimlər, müəyyən etdiyimiz bəzi kateqoriya insanlardır.
- Baxış: 209