• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 03.04.2020 15:02

Sevgilisini koronavirusa görə öldürdü, nəticə neqativ çıxdı

KepezTV Player

Antonio de Paçe adlı bir kişi ona koronavirus yoluxdurduğu iddiası ilə tibb bacısı olan sevgilisi Lorena Kvarantanı boğaraq öldürüb. Hadisə İtaliyanın Sicilya muxtar vilayətinin Messina şəhərində baş verib.<br>Məlumata görə, 28 yaşlı kişi ilə sevgilisi L.Kvaranta eyni xəstəxanada işləyirlərmiş. 27 yaşlı qadının meyitini evdə tapan polis A.Paçenin də intihara cəhd etdiyini vurğulayıb. Təqsirləndirilən şəxs prokurora ifadəsində qadını ona koronavirus yoluxdurduğu üçün öldürdüyünü irəli sürüb.<br>Koronavirus testinin nəticəsi isə hər ikisində neqativ çıxıb.<br>İtaliya koronavirusun ən sürətlə yayıldığı ölkələrdən biridir.&nbsp;Pandemiya qurbanlarının sayı isə 14 000-ə yaxınlaşıb.