• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 03.04.2020 11:45

Gəncədə yanacaqdoldurma məntəqəsində karantin rejiminin tələblərinə əməl olunmadığı aşkarlandı

KepezTV Player

Xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir. Asayiş keşikçiləri bu dəfə şəhər ərazisindəki yanacaq doldurma məntəqələrində tələblərin icrasına nəzarət məqsədilə reyd təşkil edilib. Reyd zamanı bir neçə yanacaq doldurma məntəqəsində müştərilərə xidmət göstərən zaman yaxın təmasda olan personalların xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb. Aşkarlanan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Gəncə şəhəri ərazisində bir neçə yanacaqdoldurma məntəqəsi müəyən olundu ki onlar xüsusi karantin rejiminin  tələblərini pozmuşdur. Həmin  yanacaqdoldurma məntəqəsinin barəsində və qanunu pozan əməkdşalar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edildi. Sakinlərə və sahibkarlara bir müraciət edəərk xüsusi karantin rejiminin tələblərinə əməl etməyə çağırırıq.

Əli Novruzov - sahibkar:  Biz əvvəlcədən müyən tədbirlər görmüşdük. Ancaq əməkdaşlarımızın məsuliyyətsizliyi ücbatından maska və əlcəkdən istifadə etməyiblər. Biz tamamilə protokolla razıyıq. Bir daha belə bir məsuliyyətsizlik olmayacaq.