• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 02.04.2020 20:38

Ənənəvi poçt xidmətlərinin sayı azalıb

KepezTV Player

Martın 19-dan başlayaraq gücləndirilmiş iş rejimində çalışan Gəncə poçtamtı müştərilərə ənənəvi poçt xidmətlərini göstərməkdə davam edir. Eləcə də vətəndaşlar tərəfidnən vergi ödəmələri, DSMF-nun xidmətləri, sığorta, komunal xidmətlər, internet, eləcə də beynəlxalq və Respublika daxili pul köçümələri həyata keçirilir. Mövcud vəziyyətlə əlaqədar olaraq poçta daha çox müraciətlər kommunal ximdətlərlə bağlıdır. Sonrakı yerdə xarici və ölkə daxili pul köçürmələri dayanır. Ümumilikdə poçta müraciətlərin sayında 20 faizlik artım da müşahidə edilir. Buna rəğmən koronavirus epidemiyası ənənəvi poçtun xitməti olan bağlamaların göndərilməsi və qəbuluna mənfi təsir göstərib. Poçtla beynəlxalq göndərişlər tamamilə dayandırılıb, ölkədaxili göndərilən bağlamaların sayı isə kəskin azalıb. Gəncədə mərkəzi poçt 22 filialı ilə həftənin 5 günü səhər saat 9-dan 16-a kimi, şənbə günü  saat 10-dan 16-a, bazar günü isə yalnız mərkəzi poçt olmaqla saat 10-16 arası əhalinin xidmətindədir. Pandemiya ilə əlaqədar tətbiq edilən qaydalara əməl edilən poçtamtda müştərilərin binanın daxilinə buraxılmasına da ciddi nəzarət edilir.

Sevda Mustafayeva müştəri:Burda da yüksək səviyyədədir. Qapıdan içəri təmizlik var. Ar məsafəsi var, xidmət də çox yaxşıdı. İşıq pulu və qaz pulunu ödmək üçün ara məsafəsi saxlayaraq çox yüksək səviyyədə tez də yola saldılar.

Raqif Kazımov müştəri:Moskva şəhərindən pul yollamışdılar. Poçtda gözəl abu-hava yaşadıq. İçəridə əlimiz spirtlədilər, hər şey öz qaydasında idi. Yüksək səviyyədə yola saldılar.