• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 896
— 02.04.2020 20:36

Bütün növ ödəniş kartlarının istifadə müddəti uzadılır

KepezTV Player

Bankların filial və şöbələrində vətəndaşlarla banklar arasında fiziki təmasın minimallaşdırılması zərurətini nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası bəyanatla çıxış edib. Rəyasət Heyətinin qərarına əsasən,istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılsın. İstifadə müddətinin uzadılması birtərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq.