Dünyanı öz cənginə alan koronovirus və mövcud vəziyyəti fərqli dəyərləndirən insan tipləri. Bəli, əfsuslar olsun ki, pandemiya bu gün də cəmiyyətin bütün üzvləri tərəfindən olduğu kimi, normal qəbul edilmir. Mövcud vəziyyəti həddindən artıq şişirdib, panikaya düşən kim,məsələni taleyə bağlayıb, sonluğa meyilli olan kim, baş verənlərə "mənə bir şey olmaz" prinsipi ilə laqeyd yanaşan kim. 3-cü kateqoriyaya aid insanların, yəni məsuliyyətini dərk etməyənlərin sayəsində dünya praktikasında heç istəmədiyimiz nəticələri görürük.
Şəhla Verdiyeva terapevt:Hazırda dillərdə gəzən cürbəcür deyimlər, nəzəriyyələr var. Virusun bioloji silah kimi istifadə olunduğunu, yalan məlumatı əks etdirdiyini, iqtisadiyyatı çökdürmək üçün Amerikanın bir oyunu olduğunu düşünənlər var. “Mənə heç nə olmaz, onsuzda qripə belə yoluxmuram” deyib, səhlənkarlıq edən insanlar var. Bunlar sadəcə soyuqqanlı insanlar deyil, həm də məsuliyyətsiz, vətənpərvərlik hissindən uzaq qalanlardır. Çünki özləri xəstələnməsələr belə, bilavasitə daşıyıcı olaraq virusun daha geniş miqyasda yayılmasını təmin edirlər.
Vəziyyətin tamam əksi, məsələni həddən artıq böyüdüb, stress, narahatlıq, təşviş, psixoloji gərginlik keçirmək də koronavirus qədər təhlükəli ola bilər.
Zahid Tağıyev psixoloq:Əslində stress bizim üçün lazımlı məsələdir. Bəzən insanlar yanılır ki, stressli olmaq heç də yaxşı deyil. Əksinə stress bizim həyatda olan təhlükələrə qarşı özümüzü qorumaq üçün vacib faktordur. Ancaq bu həddindən artıq baş verəndə bizim düşüncə və davranışlarımız bir yerdən sonra sərhədlənir, get-gedə düşünə bilmirik, nəticə çıxarammırıq. Məntiqi analiz edə bilmirik.
Əslində, stress faktorunun normal səviyyədə olması insanın özünümüdafiə mexanizmindən irəli gələn vəziyyətdir. Amma istənilən halda, arzu olunmayan depressiv vəziyyətlərə, təşvişə düşməmək üçün mümkün qədər təmkinli davranmalıyıq.
Şəhla Verdiyeva terapevt:Koronavirus inşallah bir gün bitəcək, hazırki qədər təhlükə törətməyəcək amma bir qisim insanlarda dərin psixoloji izlər, yaralar qoyacaq. Çünki təlaş, təşviş kimi əlamətlərlə bu müddəti keçirənlərin psixoloji yardıma ehtiyacı olacaq.
Zahid Tağıyev bu cür həssas dönəmdə sağlam psixoloji duruma sahib olmağın vacibliyini nəzərə alınaraq, yaş məhdudiyyəti qoymadan bütün vətəndaşlara koronavirusla bağlı istənilən qədər ödənişsiz psixoloji seans təklif edir.
Zahid Tağıyev psixoloq:Təbii ki, bu qlobal bir problemdir. Bununla bütün insanlıq mübarizə aparır. Bu mübarizədə hər kəsin üzərinə düşən insanlıq borcu var. Mövcud vəziyyətdə psixoloji gərginlik, narahatlıq, qorxu, həyəcan yaşayan şəxslərə ödənişsiz onlayn seanslar təklif edirik. Biz bununla insanlıq borcumuzu da müəyyən qədər yerinə yetirməyə çalışırıq. Buyurub, müraciət edə bilərlər.
Koronavirus ciddi bir sınaqdır və biz bundan minimal zərərlə çıxmalıyıq. Mövcud vəziyyəti fürsətə çevirməyən, baş verənlərə intellektual yanaşıb, rasional düşünə bilən və davranışları ilə örnək olan insanların sayəsində...
- Baxış: 316