Gigiyena qaydalarına əməl etməyin yollarından biri də alınan məhsulların gigiyenik normalar çərçivəsində təqdim edilməsidir. Vacib olan bu məqam indiki dövrdə xüsusilə önəm daşıyır. Sağlamlığımız naminə mütləq şəkildə marketlərdə də əməl edilməli məqamlar var. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu baxımdan tətbiq etdiyi qaydalara riayət etməkdə fayda var.
Ramazan Nəbiyev AQTA-nın sektor müdiri: Müəssisədə mövcud olan sanitar-məişət otaqları varsa, sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, mexaniki və təbii havalandırma, işıqlandırma, su-kanalizasiya sistemləri, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi ilə bağlı, işçi heyyətinin şəxsi gigiyenası ilə bağlı bütün ümumi tələblərə riayət olunmalıdır. Satış zalları və otaqlarda mütəmadi hava mübadiləsi həyata keçirilməldiir. Mövcud olan soyuducuların temperatur rejiminə mütəmadi olaraq nəzarət edilməli, soyuq zəncirin davamlılığı təmin edilməlidir. həmçinin bu dezinfeksiya işlərinin həmin fəaliyyət növünə uyğun lisenziyalaşdırılmış və bu sahədə ixtisaslaşmış xidmət müəssisələri tərəfindən həyata keçirilməsi tövsiyyə olunur.
Təcrid tək izolyasiya ilə yekunlaşmır. Eləcə də sadalanan bəzi məhsulların istehlakçıya təqdim edilməsi də əlcək və tibbi maskadan istifadə edən işçi heyət üzvləri tərəfindən reallaşdırılmalıdır. Amma bəzi satış məkanlarında bu tələbdən irəli gələn, yəni açıq şəkildə satışın reallaşdırıldığını görmək mümkündür.
Pərviz Məmmədzadə inzibatçı: Meyvə tərəvəz bölməsində olduğumuza görə də rəflərdə gördüyünüz meyvələr tərəvəzlər brokler, yerkökü bu kimi məhsulların həm açıq şəkildə satışı mövcuddur, həm də qapalı şəkildə satışı var. Son zamanlar daha çox qapalı şəkildə satılan məhsullara təlabat var. Satdığımız bütün məhsulları paketləşdirilmiş şəkildə satırıq ki, həm müşəri məmnuniyyəti olsun, hər şey gigiyenik qaydalara cavab versin. Hər əldə bir mikrob olduğundan hər kəsi rəfdə olan məhsula toxunması orda virus yuvası yaradır. Bu yolla məhsulları mikroblardan uzaq tutmağa çalışırıq. Məhsullar tək ədədlə də, çəki ilə də paketləşdirilir. Mağazanın içərisində satış etdiyimiz zaman müştərilərimizin istəyinə görə də misal üçün biz 1 kq paketləşdirmişiksə, müştəri 300qr istəyirsə, biz onu müştərinin istəyinə uyğun olaraq da paketləşdirib müştəriyə təqdim edirik.
Həkimlər də virusun dünyanı cənginə aldığı bir vaxtda mütləq şəkildə paketlənmiş və ya qablaşdırılan məhsulların satışını reallaşdırmağın əhəmiyyətinə toxunur və alıcıları sağlamlıqları naminə belə məhsullara yönəlməyə çağırırlar.
İstər satıcı, istərsə də alıcı adi gigiyenik qaydalara əməl etməklə məsuliyyət nümayiş etdirməli, həyat naminə sağlamlığımızın qeydinə qalmaq mədəniyyəti nümayiş etdirməliyik.
- Baxış: 250