Bu gün Kəlbəcərin işğalından 27 il ötür. Ermənistan silahlı qüvvələrinin 1993-cü il aprelin 2-də həyata keçirdiyi işğalı nəticəsində 53 340 nəfər Kəlbəcər sakini öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayonun 3 Milli Qəhrəmanı var. Bu işğaldan sonra BMTTəhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Hazırda Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.
Eldar Həsənov keçmiş döyüşçü:Əgər biz hərbi nöqteyi nəzərdən desək Kəlbəcəri müdafiə etmək üçün təxmini 3 alay və yaxud 2 birqada lazım idi ki, Kəlbəcəri müdafiə etsin. Bu Kəlbəcərdə yox idi. Ona görə Kəlbəcərə hücum edən 2 polkun qabağında güclər bərabər olmadığına görə Kəlbəcər süquta uğradı
Musa Əzizov rayon ağsaqqalı:O günləri xatırlayıram ki, biz başa düşürdük ki, biz Kəlbəcəri itiririk. 1992-ci ildə Laçın işğal olunandan sonra Kəlbəcər də gedirdi.Ancaq biz dözdük və inanmırdıq ki, Kəlbəcər müdafiəsiz qala. İnanıram ki, torpaqlarımız alınacaq. Çünki prezidentimizin indiki fəaliyyəti də göztərir ki, Azərbaycanın ordusu möhkəmlənir. Biz prezidentimizin bircə əmrini gözləyirik ki, xalqla ordu bir yerdə torpaqlarımızı qaytaracağıq.
- Baxış: 247