• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1434
— 02.04.2020 12:31

TƏBİB: "İnsanlar koronavirusla bağlı real təhlükəni dərk etməlidirlər"

KepezTV Player

İnsanlar koronavirusla bağlı real təhlükəni dərk etməlidirlər və başa düşməlidirlər ki, hər bir məsuliyyətsiz davranış öz həyatının və ətrafının riskə atılması deməkdir.Bunu Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.Onun sözlərinə görə, xəstəlikdən qorunmaq üçün hələ ki peyvənd hazırlanmayıb. Virusun müalicəsi olmadığından xəstəliyin yalnız simptomatik müalicəsi aparılır.“Koronavirus ciddi pnevmoniya yaratdığı üçün insanların ölümünə səbəb olur. Koronavirusun əlamətləri qripə bənzərdir. Bu zaman insanda burun axıntısı, boğaz ağrısı, öskürək, halsızlıq, yüksək bədən temperaturu, əzələ ağrısı müşahidə edilir. Lakin sadalanan əlamatlərin olması koronavirusun olması anlamına gəlmir. Çünki yuxarı tənəffüs yollarına səbəb olan bir çox viruslar var ki, onlara yoluxma zamanı da belə hallar müşahidə edilə bilər. Koronavirus xəstəliyinin inkubasiya dövrü 14 gündür. Şəxs xəstə insanla təmasda olubsa, mütləq 14 gün ərzində müşahidə altında olmalıdır.İnkubasiya dövrünün 14 gün olması nəzərə alınarsa, 1 gün ərzində bu əlamətlərin olmaması koronavirusun olmadığını inkar etmir”, - deyə TƏBİB nümayəndəsi vurğulayıb.