• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 01.04.2020 19:08

Məcburi köçkünlərin yaşadığı qəsəbə dezinfeksiya olunur

KepezTV Player

Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı qəsəbədə də koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər görülüb. Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 2 mobil qrupu qəsəbənin bütün daxili yollarını xüsusi avtomobillə dizinfeksiya ediblər. Bundan başqa mərkəzin əməkdaşları çiləyici aparatlarla qəsəbədəki beş mərtəbəli 25 binanın ətrafını, blokun girişlərini, piləkənləri bromesep, xloramin maddələri ilə dizinfeksiya edib. Binaların qarşısında olan oturacaqlar, piyadaların hərəkət zolağı da dərmanlanıb.

Adil Heydərov - Kəlbəcər Rayon GEM-in direktoru: AKTA 6 deyilən ərazinin ətrafında əhalimiz sıx olduğu yerlərdə, bundan başqa bütün idarə müəsisələrdə, məktəblərdə, uşaq baxçalarında dizinfeksiya işləri dəfələrlə aparılıb. Hətta Samux rayonu ərazisində ola məktəbimizdə var ki, orada da dizinfeksiya işlərini aparmışıq. Bundan sonra bu işlərimizi davam etdirəcəyik.

Vahid Abdullayev - QMKİDK-nın Gəncə MKTİB-nin rəisi: Kəpəz rayon ərazisində qəsəbə 600 ailəlik həyat evləri var. Bundan başqa Göygöl rayonunda 130 ailəlik məcburi köçkün qəsəbəsi var. Bütün burda dizinfeksiya işlərini Kəlbəcər rayon Gigiyena Epidemiologiya Mərkəzinin köməkliyi ilə aparmışıq. Ardıcıl olaraq bu işləri biz üçüncü dəfədir ki, həyat keçiririk.

Nizami Əkbərov - qəsəbə sakini: Bizim qəsəbədə dəfələrlə karanavirusa qarşı dizinfeksiya olunur. Polislərimiz vətəndaşlara lazımı tapşrıqlar verir. İnsanların evdə qalmaları tələb olunur. Mənimdə vətəndaşlara məsləhətim budur ki, evdə qalsınlar.

 

Elnur Vahidoğlu