• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1412
— 01.04.2020 16:17

Maarifləndirici tədbirlər davam etdirilir

KepezTV Player

Gəncədə koronavirus pandemiyasına qarşı maarifləndirmə işləri davam etdirilir. Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə‸ və hüquq mühafizə orqanlarının işçiləri əhali ilə maarifləndirmə tədbirlərinə qoşulub.

Maarifləndirmə işləri şəhərin Heydər Əliyev, Atatürk və Nizami prospektlərində aparılıb. Həmin ərazilərdə rast gəlinən sakinlərlərlə fərdi izahetmə və xəbərdarlıq işləri aparılaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əməl etməyin vacibliyi izah olunub. Sakinlərə özünü təcrid tədbirlərinə uyğun davranmağın, evdən eşiyə çıxmağın, şəxsi gigiyena qaydalarına əməl etməyin, həmçinin digər şəxslərlə kontaktda olmamağın vacibliyi çatdırılıb. Xüsusilə yaşı 65-dən yuxarı olan şəhər sakinlərinə növbəti dəfə xəbərdarlıq olunub. Şəhər rəhbəri, millət vəkili və hüquq mühafizə orqanlarının nümayəndələri ərazidə olan apteklərdə də olublar.

Gəncədə sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrində daxil olduğu qruplar gün ərzində mütə`madi olaraq sakinlərin özünü təcrid rejiminə əməl eməsinə cəlb edilib.

Müşkünaz İbrahimova - sakin: Mən bilmədim, elə bildim ki, dövlət müəsisələri işləyir. Mənim məhkəmədə işim var idi. Ora da geydim dedilər ki, ayın 6-na kimi işləmiyəcək. Ordan da qayıdanda özümə ərzaq aldım. Karantin qaydalarına əməl edirəm, hər bir şeyə razıyam. Evdən də çıxmaram.

Ramin Fərəcov - mağaza sahibi: Mağazamızda qiymətlərdə heç bir artım yoxdu. Depomuzda eləcədə vitrinlərdə kifayət qədər məhsullar var. Müştərilərimizə xidmət edə bilirik. İzaliyasiay tədbirləri çərçivəsində müştərilərimiz və personallarımız üçün bütün şərait yaradılıb.

Həmçinin maarifləndirici söhbətlər çərçivəsində yaşı 65-dən yuxarı olan sakinlərə maskalar təqdim edilərək, avtomobillərlə ünvanlarına yola salınıb.