Gəncə şəhərində 18 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Martın 31-də şəhər sakini Anar Əliyev qarnının və ürəyinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Fakt üzrə Gəncə şəhər Kəpəz Rayon Polis idarəsinə daxil olan məlumatla əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq tədbirlər görüblər. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 17 yaşlı yeniyetmə saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 1242