• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2195
— 01.04.2020 12:21

Deputatlar mağazalarda olublar

KepezTV Player

Gəncədə şəhər icra hakimiyyətinin rəsmiləri və Milli Məclisin Gəncədən seçilən deputatları şəhərdə fəaliyyət göstərən ərzaq mağazalarına baş çəkiblər. Onlar fərdi qaydada sahibkarlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayyət etməyin vacibliyinə toxunublar. Deputatlar mağazalarda qablaşdırılmayan məhsullarla bağlı sahibkarlara bir sıra tövsiyələr verib, sakinlərə Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahının fəaliyyət göstərdiyini bildiriblər. Sakinlərlə aparılan profilaktiki söhbətlər zamanı yaxın məsafəli ünsiyyətin virusa yoluxma riskini artırdığını, sakinlərə ən zəruri hallarda evdən çıxmaq tövsiyə edilib.