Əvvəlki günlərlə müqayisədə xüsusi karantin rejimi dövründə şəhərdaxili avtobus və marşrutlardan istifadə azalıb. Amma etiraf etmək lazımdır ki, bu gün nəinki korona, digər təhlükəli virusların yayılması ilə bağlı ən böyük təhlükə mənbəyi elə ictimai nəqliyyatdır. Bununla bağlı, Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi qabaqlayıcı tədbirlər həyata keçirirlər.
Ruslan Paşayev Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası: Dezinfeksiya prosesi təhlükəsiz olduğu üçün sürücülər beynəlxalq standartlara uyğun xüsusi məhlullarla avtobusun daxilində metal konstruktordan ibarət olan, yəni sərnişinlərin istifadə etdiyi hissəni dezinfeksiya edirlər. Dairəmizin mütəxəssisləri tərəfindən məsələyə nəzarət olunur. Bunların gündəlik foto və video çəkilişləri bizim idarəyə təqdim olunur.
Azlıq təşkil eləsə də, hələ də ictimai nəqliyyatdan istifadə edən şəhər sakinləri bu barədə nə düşünür?
Kadrlardan da belə qənaətə gəlmək olar ki, şəhərdaxili fəaliyyət göstərən bəzi ictimai nəqliyyat vasitələrinin təmizliyi doğrudan da qənaətbəxş deyil. Lakin məsələylə bağlı sürücülər fərqli iddia irəli sürür.
Hər gün dezinfeksiya edirik. Maskalarımız, spirtlərimiz var. Hər kəs özünün qorunmalıdır.
Ruslan Paşayev Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası: Avtobuslar çirkli olduğu halda nəqliyyat vasitəsi dərhal xətdən kənarlaşdırılır və aktlaşdırılır. İdarə daxili qaynar xəttimiz var. 022 256-05-06. İstənilən vaxt bu xətt aktivdir. Çirkli avtobus gördükdə və ya sürücünün hər hansı qeyri-etik davranışını gördükdə müraciət edə bilərlər.
Bəzi marşrut xətlərində dezinfeksiya işləri günün 2-ci yarısında aparılır. Daşıyıcı şirkət rəhbərlərinə bununla bağlı xüsusi göstərişlər verilib. Sözügedən proses hər gün Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə məruzə olunur. Hazırda öhdəlikdən yayınma faktı demək olar ki, minimal səviyyədədir.
- Baxış: 370