• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 997
— 31.03.2020 16:37

Samuxda mobil qruplar maarifləndirməyə cəlb olunub

KepezTV Player

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Samux rayonunun ən böyük yaşayış məntəqələrindən olan Qarayeri qəsəbəsində də karantin rejimin tələblərinin icrası aparılır. Rayon İcra Hakimikyyəti tərəfindən yaradılan mobil qruplar mütəmadi olaraq əhali arasında profilaktik söhbətlər aparır, vətəndaşlara Nazirlər Kabinetinin müvafiq qərarları barədə məlumat verirlər. Birmənalı olaraq bildirilib ki, vətəndaşlara küçəyə çıxmaq qadağan olunub. Reyd zamanı xüsusi karantin rejiminin tələblərinə əməl etməməklə yanaşı qoruyucu maska taxmayan, əlcək geyməyən, karantin qaydalarını pozan vətəndaşlarada rast gəlinib. Onlar müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa çalışıblar.

Bəhlul Həsənov sakin: Hüzr yerindən gəlirəm evə gedirəm. Evə getməsəm deyərdim evə getmirəm.

Rəna Abdullayeva sakin: Neynəyək maska yoxdur. Var maska varsa deyin gedim alım.  Ərzaq almağa gedirəm. Bəs uşaqlar evdə nə verim.

Bədir Cəmişov sakin: İki manat siqaretə borc ödəyə bilirik. Ancaq maskaya inanma pul verək.

Nazim Səfərov sakin: Aptekə gedirəm. Mən onsuzda evdən çölə çıxan deyiləm. Qonşu dedi dedim məndə o tərəfə gedirəm gedək. Qarayeridə heç məni tanıyan yoxdur.

Natiq Hüseyn