Koronavirus epidemiyasının qarşısını almaq üçün Gəncədə 860 çoxmərtəbəli yaşayış binası dizinfeksiya olunub. Hazırda şəhərin qəsəbələrində məhəllələr, küçə və fərdi evlərinin qarşısı xüsusi məhlulla yuyulur.
Gəncə şəhər Dizinfeksiya Stansiyası tərəfindən qəsəbələrdə aparılan işlər fərdi evlərin girişi və ətrafını əhatə edir. Xloramin, xlorlu dərman maddələri ilə təchiz olunan 4 birqada Gülüstan qəsəbəsində məcburi köçkünlərin yaşadığı ərazidə küçələrin dezinfeksiyasını aparıb.
Səlbi Cəfərova Gəncə Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi: Məhsəti qəsəbəsində dezinfeksiya işləri aparılıbdı. Həmçinin Natəvan, Cavadxan qəsəbəsinin məhəllələri də dezinfeksiya olunub. Hazırda Şıxzamanov qəsəbəsində gedib dizinfeksiya işləri aparılacaqdı.
Dezinfeksiyanın aparılması hava-damcı yolu ilə yayılan infeksiyaların qarşısını almaq və sakinlərin sağlamlığını təmin etmək məqsədi daşıyır.
Elgün Muxtarov qəsəbə sakini: Dezinfeksiya işləri, müəyyən profilaktik tədbirlər mütəmadi olaraq aparılır. Görülən işlərlə əlaqədar minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə edib Azərbaycan xalqına demək istəyirəm ki, evdə qalın, çölə çıxmıyaq. Nə lazımdırsa rəhbərlik tərəfindən görülür. Deyirlərsə qalın evdə, biz də bu çağırışa riayət edək və qalağın evdə.
Gəncənin mərkəzi prospekt və küçələri kommunal texnikalarla da dezinfeksiya edilib. Şəhərdəki bütün ali, orta ixtisas və orta məktəblərdə, eləcə də ictimai iaşə obyektlərində qabaqlayıcı tədbirlər görülüb.
- Baxış: 528