• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1151
— 30.03.2020 19:01

Xüsusi mobil qruplar yaradılıb

KepezTV Player

Yevlaxda park və xiyabanlara giriş bağlanıb. Maarifləndirmə tədbirlərinin aparılması üçün xüsusi mobil qruplar yaradılıb.

Yevlax sakinlərinin park və digər əyləncə yerlərində toplaşması məhdudlaşdırılıb. Xüsusi karantin rejimi ilə əlaqədar olaraq park və xiyabanların giriş-çıxış hissələri bağlanıb. Sakinlər xüsusi karantin rejimi bitənədək həmin istirahət yerlərindən istifadə edə bilməzlər.

Bundan əlavə rayonda xüsusi mobil qruplar yaradılıb. Rayondakı idarə və təşkilatların əməkdaşlarından təşkil olunan mobil qruplar sakinlərlə maarifləndirici söhbətlər apararaq onların küçələrdə maksimum dərəcədə az hərəkət etmələrini, toplaşmamalarının vacibliyini irəli sürürlər.

Sakinlərə virusdan qorunmalarının yolları izah edilib. Evdə qalmaları tövsiyə olunub.

Rayon ərazisindəki təbdirlər hər gün davam etdiriləcək.