• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1987
— 30.03.2020 15:06

Şəmkirdə xüsusi karantin rejiminin tələblərini yerinə yetirməyənlər cəzalandırılıblar

KepezTV Player

Şəmkir polisi xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməyən 35 şəxs barəsində qanuna müvafiq tədbir görüb. Qaydaların təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Şəmkir rayon polis şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Vətəndaşların  mümkün qədər evdə qalmasını təmin emtək məqəsdilə bütün mümükün imkanlardan istifadə olunur.

Yaşı 65-dən yuxarı vətəndaşlar rayon ərazisində aşkarlandıqda isə onlara virusa daha tez yoluxma riskinin olduğu izah edilərək evlərinə qayıtları tələb edilir. Əfsuslar olsun ki, maarifləndirici tədbirlərə baxmayaraq xüsusi karantin rejimin tələblərinə məsuliyyətsiz yanaşan sakinlərə də rast gəlinir. Bu günədək rayon ərazisində 35 vətəndaş barəsində müvafiq tədbir görülüb. Onlardan 33 nəfərinə inzibati qaydada protokol yazılıb. İki nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

İlqar Əliyev Şəmkir RPŞ-nin xidmət üzrə rəis müavini Nazirlər Kabienti yanında Operativ Qərargahın gücləndirilmiş xüsusi karantin rejimi ilə bağlı tələbləri eləcədə Daxili İşlər Nazirliyinin əmr göstəriş və qərarları ilə bağlı Şəmkir rayonunda mühüm iş rejimində xidmət aparır. Rayon ərazisində mümtəmadi olaraq vətəndaşlar arasında izahedici və proflaktiki söhbətlər aparılır. Gücləndirilən xüsusi karantin rejiminin tələblərinə əmək etmək tövsiyyə olunur. Təbii ki, xüsusi karantin rejiminin tələb etməyənlərin barəsində müvafiq tədbirlər görülür.

Şəmkir rayonuna giriş-çıxışı məhdudlaşdırmaq üçün polis postlarında xidmət fasiləsiz davam edir. Məqsəd vətəndaşların sağlam həyat tərzni təmin etməkdir.

 

Natiq Hüseyn