• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 30.03.2020 12:14

MM-də kommunal xərclərin sıfırlanması və kreditlərin dondurulması təklif olunub

KepezTV Player

“Hazırkı dövrdə vəziyyət nəzərə alınaraq, kommunal xərclərin sıfırlanmasına ehtiyac var”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib. Onun sözlərinə görə, hazırkı dövrdə sərfiyyat əvvəlkindən iki dəfə çox olacaq: "Eyni zamanda kreditlərin də dondurulmasına ehtiyac var", - deyə millət vəkili vurğulayıb.