• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 29.03.2020 20:31

Marketlərdə karantin qaydalarına necə əməl edilir?

KepezTV Player

Ölkədə marketlər karantin qaydalarına uyğun olaraq əhaliyə xidmət göstərir. Burada ən vacib nüans gigiyena şərtlərinə əməl olunmasıdır. Əməkdaşımız Elnur Vahidoğlunun bu barədə hazırladığı videoamterialı izləyək.

Gəncədə fəaliyyət göstərən market və mağazalar səhər saatlarından əhalinin xidmətindədir. Gün ərzində müştərilərə gigiyena qaydaları barədə məlumatlar verilir.

Mağazalarımıza daxil olarkən qapıda sizlərə təqdim olunan spirtlə əllərinizi dizinfeksiya etdikdən sonra mağazamızın içərisində sizlər üçün uyğulanan 2 metr məsafəni qorumağınız sizlərdən xahiş olunur.

Satıcılar əlcək və maskalarla təmin edilib. Ərzaqların daşınması üçün istifadə olunan araba və səbətlər mütamadi olaraq dezinfeksiya edilir.

Pərviz Məmmədzadə satıcı:Bizim özümüzdə tam riayət edirik. Əlimizdə əlcək, ağzımızda tibbi maska ilə xidmət göstərməyə çalışırıq. Mağzamızın içərisində xüsusi reklamlar vurmuşuq ki, müştərilər ara məsafəsi saxlasınlar. Son bir neçə gündü ki, müştərilərimiz buna xüsusi diqqət yetirirlər.

Sona Əliyeva satıcı:Marketimizdə gigiyenik qaydalara əməl olunur. Bizə verilən əlcək və maskalardan istifadə edirik. İşçilərlədə müştərilər arasında ara məsafəsi saxlanılır. Market də hər gün dizinfeksiya olunur.

Ceyhun Bayramov market sahibi:Bizim bir il yarım müqaviləmiz var. Bu ikinci həftədir ki, Bakıdan dizinfeksiya idarəsinin işçiləri axşamlar gəlir və marketimiz dizinfeksiya olunur. Bundan başqa dizinfektorlarımız, təmizləyicilərimiz var ki, onlar hər səhər esklatorların əl tutulan yerlərini, liftlərin içi, çölü dizinfeksiya olunur. Təşvişə düşməsinlər unumuzd, buğdamız, hər bir məhsulmuzda var. Qıtlıq barədə heç bir problemimiz olmayacaq. Qiymətlər də hamısı stabildir.

Gəncənin marketlərində çörək satışı bölmələrində təhlükəsizlik qaydalarına xüsusi diqqət verilir. Məhz elə bunun üçün də çörək satışı bölmələrində müştərilərin çörəyə əl vurmaması üçün bu cür yazılar yapışdırılıb.

Karantin qaydalarına əməl etmək sağlamlığımız üçün önəmlidir. Müştərilər də bunun fərqindədirlər.

Nigar Məmmədova alıcı:Gigyenik qaydlara əməl edirəm və fikirləşirəm ki, cəmiyyətdə hər kəs bu qaydalara əməl etməlidi. Dünyada bir çox pandemiyalara rast gəlinib, lakin bu ilk pandemiyadır ki, biz bunu Azərbaycanda da görürük. Məncə həkimlərdən hər şeyi gözləməməliyik, özümüz etməliyik. 65 yaşlı şəxslər çölə çıxmamalıdır. Çünki ölüm faizi yaşlılarda daha çox görünür.

Ərzaq baxımından heç bir qıtlıq və bahalaşmanın müşahidə edilmədiyi marketlərdə axşam saatlarına kimi müştərilərə xidmət göstərilir.