• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 29.03.2020 12:28

Goranboyda polis gücləndirilmiş iş rejimində çalışır

KepezTV Player

Goranboyda  xüsusi karantin rejimi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışır. Məqsəd Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrini yerinə yetirməkdir.

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirirlər. Mart ayının 27-i səhər saatlarından etibarən xüsusi rejimin tələblərinə uyğun olaraq rayona giriş-çıxış məhdudlaşdırılıb.

Gəray Məmmədov - Goranboy RPŞ-nin xidmət üzrə rəis müavini: Xüsusi karantin rejiminin  tələbinə uyğun olaraq xidmətə cəlb olunmuş əməkdaşlar Goranboy Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən təlimatlandırılıb və onlara xüsusi göstərişlər verilib. Xidmət zamanı Goranboy rayon Polis Şöbəsinin əməkdaşları Daxili İşlər Nazirliyinin etik davranış kodeksinə xüsusi riayət etməklə vətəndaşlarla ünsiyyətdə nümunəvi nəzakət nümayiş etdirirlər.

Aparılan yoxlamalar zamanı istisna hallarda bəzi nəqliyyat vasitələrinin rayona giriş çıxışına icazə verilib. Həmin avtomobillərlə vətəndaşların gündəlik yaşam şəraiti üçün vacib daşımalarla məşğul olunur.

Nazirlər kabinetinin müvafiq qərarına əsasən zərurət yarandığı halda bəzi avtomobillərin giriş-çıxışına heç bir məhdudiyyət qoyulmur. Onlardan biri də ərzaq daşıyan yük maşınlarıdır ki bu maşında Gəncədən-Goranboya rayonuna kənd təsərrüfatı məhsullarının satışını həyata keçirtmək üçün gəlib. 

Rayon polis şöbəsinin əməkdaşları küçə və prospektlərdə, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səslənərək mümkün  qədər evdə qalmağa, özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atmamağa çağırıblar.

Natiq Hüseyn