KepezTV Player
Ölkədə bütün yarışlar kimi basketbol superliqası da koronovirus infeksiyası səbəbindən dayandılıb. Oyunlarla birliklə məşqlər də qeyri-müəyyən vaxta qədər təxirə salınsa da, basketbolçular boş durmurlar. Gəncəni çempionatda təmsil edən eyniadlı komandanın oyunçuları hazırlıqlarını fərdi qaydada davam etdirirlər. Basketbol Federasiyasının qərarına əsasən martın 13-dən etibarən məşqlərə ara verən Nizami yurdunun basketbolçuları pandemiyaya görə toplu şəkildə hazırlaşa bilməsələr də, ev şəraitində məşqçilərin tapşırıqlarına riayət edirlər. Mütəxəssislərin göstərişlərinə uyğun olaraq məşq edən oyunçular əsasən fiziki durumlarına diqqət yetirirlər.
- Baxış: 1021