• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 730
— 27.03.2020 20:18

Xalq artistindən çağırış: Həyat evdədir!

KepezTV Player

“Həyat evdədir!” Bu təşəbbüsə qoşulun və virusa yoluxmayın. Ölkədə tətbiq edilən karantin rejimi də bunu tələb edir. Xüsusən də yaşı 65-dən yuxarı olan vətəndaşların evdə qalması və çölə çıxmaması qadağası var. Ziyalılar, tanınmış elm və incəsənt xadimləri, xalq artistləri də “Həyatın evdə” olması qənaətindədirlər.

Vaqif Şərifov - xalq artisti: Mən həkimə qulaq asanam və qayda qanunları qoruyuram, bu mütləq şəkildədir. Martın 24-dən də bu qayda qanunlara riayət edirəm, yaşı 65-dən yuxarı olanların çölə çıxmağına qadağa qoyulub və mütləq şəkildə buna riayət edirəm.

77 yaşlı Respublikanın xalq artisti, əməkdar incəsənt xadimi Vaqif Şərifov karantin qaydalarına əməl edən vətəndaşlardandır. Sənətkar koronavirusa qarşı mübarizədə özünün və ətrafındakıların sağlamlığına maksimum önəm verir. Evdə qalmaqla boş dayanmır da, özünə məşğuliyyət tapır. Ən çox vaxtını isə xatirələrə həsr edir. Xalq artisti illər öncə çəkilən fotalarla baxmaqla xoş xatirələri xatırlayır.

Vaqif Şərifov - Xalq artisti: Mən evdə oturub elə bil tariximi vərəqlədim. Doğrudan da həyat evdədi. Nə mənada evdə idi. Mən bu şəkillərə baxıram və 45-50 il qabağa getdim. Çoxdandı mən bu şəkillərə baxmırdım. Mənim evdə qalmağım, yaddaşımı təzələdi. Deyirəm elə həqiqətən də həyat evdədi.

Xalq artisti iki otaqlı mənzildə tək yaşayır. Həyat evdədir şüarına əməl edən qocaman sənətçi alış-veriş işlərində dövlət tərəfindən yaradılan xidmətdən yararlanır.

Vaqif Şərifov - Xalq artisti: Mən 142-ə müraciət elədim. Sağ olsunlar məni qeydiyata aldılar. Ertəsi gün dərhal bir xanım gəldi mənimlə maraqlandı. Telefon nömrələri məndə var. Lazım olanda zəng edirəm. Mənə xidmət edirlər çox sağ olsunlar.

Fürsətdən istifadə edən Xalq artisti efir vastəsi ilə karantin qaydalarına əməl edilməsinin vacib olduğunu xatırladaraq əhaliyə səslənir.

Vaqif Şərifov - Xalq artisti: Hamıya məsləhət görürəm ki, mütləq şəkildə çıxmayın qulaq asın. Bu zarafat deyil, virus ciddi məsələdi. Tək Azərbaycanda deyil, bütün dünyanı ağuşuna alıb. Ona görədə qulaq asıb qorunmaq lazımdı.

Vaqif Şərifov həm də Azərbaycan teatr sənətində 200-ə yaxın tamaşaya quruluş verən yeganə rejissordur.