• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 27.03.2020 16:24

İstirahət məkanları dezinfeksiya edilir

KepezTV Player

Gəncədə ictimai məkanların dezinfeksiyası da aparılır. Kəpəz Rayon İcra Hakimiyyəti və Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə ərazidəki istirahət məkanları, əhali tərəfindən ümumişlək olan ərazilər dezinfeksiya edilir. Virusun yayılmaması məqsədilə görülən qabaqlayıcı tədbirlər Park-Bulvar Kompleksində də reallaşıb. Ərazidəki oturacaqlar, atraksionlar, hərəkət zolağı, ictimai iaşə obyektlərinin qarşısı, səkilər, həmçinin məişət qutuları  xüsusi məhlulla dərmanlanıb. Dezinfeksiya işləri bundan əvvəl Heydər Əliyev Prospekti, Məhəmməd Füzuli və Fikrət Əmirov parklarında aparılıb.