• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3491
— 27.03.2020 15:01

Şəmkirdə kompleks dezinfeksiya işləri aparılır

KepezTV Player

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Şəmkir rayonunda da sanitar-dezinfeksiya və qabaqlayıcı tədbirlər davam etdirilir. Rayon İcra Hkaimiyyətində yaradılan qərargahın üzvləri  gündəlik olaraq yerlərdə görülən işləri nəzarətdə saxlayırlar.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq, Şəmkir rayon Kommunal Müəssisələr Kombinatının xüsusi texnikaları səfərbər edilib. Rayonun mərkəzi küçə və prospektləri, məhəllədaxili yollar, səkilər, məhəllələrdəki məişət tullantıları konteynerləri və meydançalar xüsusi vasitələrlə yuyurlar.

Respublikanın digər şəhər və rayonlarında olduğu kimi Şəmkirdə də dezinfesiya işləri sürətləndirilib. Hazırda ağır tonnajlı su maşınları ilə şəhərin küçə prospektlərində dətman məhlulları ilə yuyulma prosesi gedir.

Bundan başqa rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Şəmkir rayonu ərazisindəki inzibati binaları, məktəb və bağçaları, tibb müəssisələrini, otel, restoran və kafeləri, istirahət parklarını dezinfeksiya edillər.

Sahib Sadıqov - Şəmkir Rayon Gigiyena və Epidemiologiya Məkrəkəzinin direktoru: Bizim məqəsədimiz Koronovirus xəstəliyinin qarşısının alınması üçün üzərimizə düşən proflaktiki tədbirləri həyata keçirməkdir.

Rayon ərazisində koronavirusla bağlı dezinfeksiya işləri ilə yanaşı, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə sakinlər arasında maarifləndirmə işləri də aparılır. Vətəndaşlara ehtiyac olmadığı hallarda evlərindən çıxmamaq tövsiyyə olunur.

Qüdrət Əliyev - Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Növbəti dəfə yenə dezinfeksiya işləri aparılacaq. Şəmkir rayon İcra Hakimiyyətinin  rəsmi saytında facebook səhifələrimizdən dəfələrlə Şəmkirlilərə müraciət edirik. Evdə qalmalarını tövsiyyə edirik. Özlərini və ailələrini qorumalarını tövsiyyə edirik. Dövlət öz üzərinə düşən bütün işləri görəcək. Ancaq və anacaq Şəmkirlilər öz ailələrini qorumalıdırlar.

Şəmkirdə dezinfeksiya işlərnin gedişinə xüsusi qərargahın üzvləri nəzarət edir. Proses davamlı olaraq rayonun bütün kənd və qəsəbələrində də aparılır.  

Natiq Hüseyn