• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 841
— 26.03.2020 20:38

Gəncəli güləşçilər fərdi məşq edirlər

KepezTV Player

Hər iki pəhləvan yığmadan kənar da olsa, hazırlıqlarını ara vermədən fərdi qaydada sürdürürlər. Yoluxma təhlükəsini nəzərə alan idmançılar tək olaraq məşq edirlər. Bunun üçün güləşçilər əsasən fiziki durumlarına diqqət yetirirlər. 74 kq-da çıxış edən Toğrul Əsgərov Bakıda, 65 kq çəkidə güləşən Turan Bayramov isə Nizami yurdunda hazırlıqlarını davam etdirir. Bu güləşçilər son olaraq milli komanda ilə birlikdə fevralın ikinci yarısı Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışında olublar. Martın əvvəli vətənə dönən idmançıların yenidən seçmə komanda ilə birgə Dağıstanda hazırlığa qatılması nəzərdə tutulsa da, koronavisura görə toplanış ləğv edilib. Bundan başqa Toğrul Əsgərov martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunması planlaşdırılan Avropa Olimpiya Təsnifat turnirində iştirak etməli idi. Amma pandemiya səbəbindən Dünya Güləş Birliyi həmin yarışı da təxirə salıb.