• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 720
— 26.03.2020 20:33

Gəncədə Polis növbəti dəfə maarifləndirici reyd keçirib

KepezTV Player

Gəncə sakinlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, elan olunan karantin rejimi qaydalarına əməl etmələri ilə bağlı vəziyyət nəzarətdə saxlanılır. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərdə növbəti dəfə reyd keçiriblər, profilaktiki söhbətlər aparılıb.

Koronavirus pandemiyası ilə əlaqədar ölkənin ikinci böyük şəhəri Gəncədə də maarifləndirmə tədbirləri davam etdirilir. Şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktiki söhbətlər aparıblar.

Zakir Vəliyev şəhər sakini: İşlə əlaqədar şəhərə çıxmışdım.Qalan müddətdə qaydalara riayət edib, evdə olacam.

Nəriman Nağıyev şəhər sakini:Bütün günü evdə oturmuşam.Dedim axşamçağıdır, çıxım, həm hava alım, həm də çörək və bəzi şeylər alım.

Polis əməkdaşları belə şəxslərlə söhbət zamanı xüsusi karantin rejiminin qaydalarını xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığı, yarana biləcək təhlükənin qarşısının alınması məqsədi daşıdığını vurğulayıblar. Bundan əlavə, Baş İdarə əməkdaşları şəhər ərazisində qrup halında gəzən sakinlərlə də maarifləndirici söhbət aparıblar.

Reyd zamanı yaxın məsafəli ünsiyyət zamanı virusa yoluxma riskinin daha yüksək olduğu vətəndaşların diqqətinə çatdırılıb, sakinlərə ən zəruri hallardan savayı, mümkün qədər evdən çıxmamağı, çıxmaq məcburiyyətində qaldıqda isə isə tibbi maska, spirt və əlcəkdən istifadə etmələri tövsiyə olunub.