• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 781
— 26.03.2020 20:30

200 məhkum azadlığa buraxıldı

KepezTV Player

Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrində saxlanılan bir qrup məhbus vaxtından əvvəl şərti azadlığa buraxılıb. Nazirliyin məlumatına görə, Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Dünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər davam etdirilir. Bu məqsədlə nazirliyin yaradılmış xüsusi Komissiyası bayram günlərində məhkumlarla söhbətlər aparıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub. Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb.