• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1631
— 26.03.2020 16:34

Samuxda dezinfeksiya işləri davam etdirilir

KepezTV Player

Samux rayonunda COVİD-19-a qarşı dezinfeksiya işləri ardıcıl olaraq davam etdirilir. Bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün rayonun aidiyyatı strukturları güclədirilmiş iş rejimində çalışır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq, Samux rayonunda aparılan dezinfeksiya işləri gücləndirilib. Rayonun bütün kənd və qəsəbələrində tibbi proflaktiki tədbirlər həyata keçirilir, küçə və prospektlər xüsusi məhlulla yuyulur. Bunun üçün Samux rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyinin texnikalarından istifadə edilir.  

Samux rayonunda da deinfeksiya tədbirləri davam etdirilir. Rayonun Gürcüstanla həmsərhəd olan kəndlərindən başlanılna təmizlik işləri hazırda Samux şəhərinə çatıb.

Rayon Gigiyena və Epidemilogiya Mərkəzinin tibbi briqadası gündəlik olaraq yaşayış binalarında giriş bloklarını və pilləkən marşlarını, binaların qarşısındakı ümumi istifadə yerlərini, eləcə də parkları, dayanacaqları və səkiləri dezinfeksiya edirlər.

Yavəz Əsədov Qarabağ əlili İkinci qrup: Qarabağ əliliyəm. 36 mənzilli yaşayış binasında yaşayıram. Bizdə bu günləri ailə uşağımızı bu xəstəlikdən qorumaq istəyirik. Sağolsunlar gəliblər dezinfeksiya edirlər.

Samuxda su çıxan ərazilər də diqqət mərkəzində saxlanılır. Rayonun Sərkar kəndində mövcud olan bulaqlarıın ətrafı eləcə də gündəlik olaraq bu bulaqdan Gəncə şəhərinə su daşıyan avtomobillər də xüsusi vasitələrlə yuyulur.

Şəmistan Yusifov Sərkar kənd bələdiyyəsinin sədri: Hər gün bulağın ətrfaı və maşınlar dezinfeksiya olunur. Bununlada biz əhalinin bu sudan təhlükəsiz istifadəsinə zəmn yaradırıq. Yəni burada bu dezinfeksiya işləri müntəzəm olaraq aparılır ki, o xəstəliklər olmasın.

Bu günədək Samuxda mövcud olan 35 məktəb, 18 tərbiyyə müəssisəsi, eləcə də səhiyyə və mədəniyyət ocaqları dezinfeksiya edilib. 

Natiq Hüseyn