• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2595
— 25.03.2020 19:33

Qadağalar sağlamlığımız üçündür

KepezTV Player

Bu gün dövlətimiz tərəfindən koronovirusla mübarizədə ciddi addımlar atılır, lazımi tədbirlər həyata keçirilir. Sevindirici məqam odur ki, ölkəmizdə virusa yoluxanların sayı azdır və indiyənəcən 1 ölüm faktı qeydə alınıb. Bəs maraqlıdır, belə çətin dönəmdə vətəndaşlar dövlətin qabaqlayıcı tədbirlərinə nə dərəcədə kömək edir? Gəncə sakinləri qadağalar barədə nə bilir və onlara əməl edirmi?

Təzə qanun çıxardılar. Gecə saat 12-dən sonra fərman veriblər. Karantin rejimi elan olundu. Toplantı olamamlıdır, böyük obyektlər işləməməlidir. Bizim insanlara hələ bir o qədər çatmır ki, bunlara əməl etsin... 2 metr məsafə gözlənilməlidir, sıxlıq yaratmaq olmaz, maska taxılmalıdır. O da aptekdə tapılmır. Allah uzaq eləsin 500 nəfər ölərsə hamı deyilənlərə əməl edəcək. Türkiyədə necə bizdə də elə. Dövlət ciddi tədbirlər görməlidir. Məsələn, cərimə. Başqa yol yoxdur.

Ölkədə bu gündən start verilən karantin rejiminə əsasən, müəyyən qadağalar tətbiq olunur. Qaydalara maksimum əməl olunması üçün asayiş keşikçiləri nəzarət mexanizmi həyata keçirirlər.

Naqif Həmzəyev - millət vəkili: Gəncə şəhərində İcra Hakimiyyəti tərəfindən Xüsusi Qərargah yaradılıb. Obyektlər, küçələr, prosoektlər dezinfeskiya olunur, yuyulurlar. Ancaq bu qədər çağırış, təlimat, müraciətlərə baxmayaraq hələ də vətəndaşlarımızı küçədə toplaşır. Hələ də insanlar kütləvi şəkildə çay evlərinə gedir. Təəssüflrə olsun ki, mağazalardakı növbələrdə iki metr ara məsafəsi gözlənilmir. İctimai nəqliyyatda, avtobuslarda sıxlıq müşahidə olunur. Bu o deməkdir ki, vətəndaşlarımız hələ də məsələnin ciddiliyinə varmayıblar.

Hazırda icrası mühüm qərarlardan biri 65 yaşdan yuxarı şəxslərin evdən çıxmaq qadağasıdır. Amma əfsuslar olsun ki, bu punkta da əməl olunmur.

Naqif Həmzəyev - millət vəkili: Mən müraciət edirəm ki, bacardığınız qədər evdə oturun, zərurət yaranmadığı təqdirdə çölə çıxmayın. Nəsə lazım olarsa ailəniz bir üzvü çıxsın. evə qayıtdıqdan sonra hökmən gigyenik qaydalara əməl edin.

Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. İş adamları, millət vəkilləri, ziyalılar, sadə vətəndaşlar bu fonda könüllü olaraq ianələr köçürürlər. Həmçinin, 103 və ya 15-42 qaynar xəttləri fasiləsiz xidmət həyata keçirir. İstənilən halda, dövlət vətəndaşların yanındadır və yalnız həmrəkliklə minimum zərərlə virusdan xilas ola bilərik.