• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2529
— 25.03.2020 19:15

Azərbaycanda daha bir zavodda spirt istehsalına başlanılıb

KepezTV Player

Qusarda yerləşən “Rus-Azeri Spirits” zavodunda istehsal edilən tibbi spirt paytaxt və bölgələrdəki apteklərə göndərilib. 2019-cu ildən spirtli içki istehsalını təmin edən müəssisə tibbi spirtin qiymətindəki süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla qıtlıq yaradanların qarşısının alınması məqsədi ilə tibbi spirt istehsalına başlayıb. Artıq 100 min litrə yaxın tibbi spirt apteklərə paylanıb. Avtomatik iş rejimində işləyən avadanlıqlarla təchiz olunan müəssisədə spirt analizləri üçün laboratoriya müasir tipli Qaz Xromatoqrafla təmin olunub. Zavodda yerli xammaldan istifadə olunur.