• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2614
— 25.03.2020 16:02

Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildi

KepezTV Player

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinin iş rejimi dəyişdirilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin məlumatına görə, hökumətlərin birgə razılığına əsasən, məntəqə saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək. Hər iki ölkə vətəndaşlarının vətənə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir. Hazırda Azərbaycanla Gürcüstan arasında gediş-gəliş yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsilə mümkündür. Son günlər məntəqə saat 10:00-dan 18:00-dək fəaliyyət göstərib. Ölkələr arasında yük daşımalarına isə heç bir məhdudiyyət tətbiq olunmur. Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq.