• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3163
— 24.03.2020 20:21

Əhali arasında maarifləndirmə işi aparılır

KepezTV Player

Gəncədə şəhər icra hakimiyyətinin yanında fəaliyyət göstərən operativ qərargahın nümayəndələri tərəfindən əhali arasında izahat işləri aparılır. Onlarla söhbət zamanı yaşlılara, birlikdə toplaşaraq gəzinti edən gənclərə, digər şəhər sakinlərinə Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlara riayət etməli olduqları xatırladılır. Maarifləndirmə işi çərçivəsində şəhərin mərkəzi hissəsində, parklarda gəzinti edən, idmanla cəm halda məşğul olan insanlara izahat verilir. Sakinlərdən özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə kontaktda çəkinmək, insanların sıx toplaşdığı yerlərə getməmək kimi tələblərə ciddi əməl etmək tələb olunur.