• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1361
— 24.03.2020 12:30

Yoluxanlar 29-50 yaş arası şəxslərdir

KepezTV Player

"Hər yeni aşkar olunan şəxs qeydiyyata alınır və onunla ünsiyyətdə olan insanlar araşdırılır". Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu günə qədər 72 hal aşkar olunub, onlardan 10-u sağalıb və 1 nəfər dünyasını dəyişib. Hazırda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır. Xəstəlik aşkar olunan şəxslərdən ikisi xarici ölkə vətəndaşıdır. Bu günə qədər Azərbaycanda 18 yaşına qədər 3 nəfər koronavirusa yoluxub. Ümumiyyətlə yoluxanlar əsasən, 29-50 yaş arası şəxslərdir. “Bu xəstəlik əsasən cənub zonasında daha çoxdur. Çünki ilk vaxtlar sərhədlər hələ ki tam bağlanmamışdı. Xüsusən İranla", - deyə nazir müavini bildirib.